
Bakının Sabunçu rayonunda bədbəxt hadisə zamanı bir nəfər ölüb.
Gununsesi.info xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.
Yavər Əliyev küçəsində yerləşən hündürmətbəli binanın 9-cu mərtəbəsinin eyvanından yerə yıxılan 1990-cı il təvəllüdlü Sevinc Abdullayeva aldığı xəsarətlərdən ölüb. Onun meyiti müayinə olunması üçün morqa təhvil verilib.
Hazırda S.Abdullayevanın ölümünün səbəbləri araşdırılır.