close

ABŞ Gürcüstana viza sanksiyaları tətbiq etdi

Gürcüstan. Foto: Reuters

Baş nazirin müavini Amerikanı“Gürcüstanda olan qruplar tərəfindən inqilabların təşkilini maliyyələşdirməkdən” imtina etməyə çağırlb

Amerika Birləşmiş Ştatları Gürcüstanın hökumət üzvlərinə və onların qohumlarına qarşı viza sanksiyaları tətbiqinə başlacayacağını elan edib. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller brifinqdə açıqlayıb.

Metyu Miller. Foto: “Turan”

Onun sözlərinə görə, bu, viza məhdudiyyətlərinin ilk paketidir və bu paketə Gürcüstanın hakim partiyasının üzvləri, deputatlar, hüquq-mühafizə orqanlarının əməkdaşları və bəzi fiziki şəxslər daxildir.

Metyu Miller hesab edir ki, Gürcüstan liderləri öz hərəkətlərini yenidən nəzərdən keçirməli və ölkələrinin uzun müddətdir bəyan etdiyi demokratik və Avro-Atlantik istəklərinə doğru irəliləmək üçün addımlar atmalıdır. Əks təqdirdə Birləşmiş Ştatlar əlavə tədbirlər görməyə hazırdır.

ABŞ Dövlət Departamenti bunun yalnız ilk addım olduğunu və Gürcüstanın seçəcəyi siyasətdən asılı olaraq əlavə tədbirlər görə biləcəklərini vurğulayıb.

Noyabrın 6-da axşam Gürcüstan hökuməti sanksiya ilə bağlı ilk rəyini verib. Mədəniyyət və idman naziri, Baş nazirin müavini Tea Tsulukiani qeyd edib ki, bu, ABŞ-ın strateji tərəfdaşı ilə münasibətlərində yol verdiyi bir səhvdir. Nazir Amerikanı “Gürcüstanda olan qruplar tərəfindən inqilabların təşkilini maliyyələşdirməkdən” imtina etməyə və münasibətləri bərpa etməyə çağırıb.

İyunun 3-də Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “Xarici təsirin şəffaflığı haqqında” qanunu imzalayıb.

Mayın 23-də ABŞ-nin Dövlət katibi Entoni Blinken yazılı bəyanatında “Gürcüstanda demokratiyanın pozulmasına görə məsuliyyət daşıyan və ya buna şərik olan şəxslərə, habelə onların ailə üzvlərinə”, o cümlədən hakim “Gürcü Arzusu” Partiyasının irəli sürdüyü “Xarici təsirin şəffaflığı haqqında” qanunla əlaqədar məhdudiyyət tətbiq ediləcəyini açıqlayıb.

Ana səhifəSiyasətABŞ Gürcüstana viza sanksiyaları tətbiq etdi