close

Aİ vaqnerçilərə görə Belarusla sərhədini tam bağlaya bilər

Belorus-Polşa sərhədi/Mənbə: Polşa XİN

“Euroradio”nun materialı

Belarusla Avropa İttifaqı sərhədində “insident” baş versə, bu addım atılacaq

Polşa, Litva və Latviya Belarusla sərhədlərinin bağlanması haqda birgə qərar verə bilər. Bu, Belarusla Avropa İttifaqı (Aİ) sərhədində vaqnerçilərin iştirakı ilə “insident” baş verdiyi halda ola bilər. Bu barədə Polşanın daxili işlər naziri Mariuş Kaminskiyə istinadən “France Press” yazır.

Ötən həftə özəl hərbi şirkətin muzdluları Belarus-Polşa sərhədi yaxınlığında məşqlərə başlayandan sonra Polşa hərbi hissələrin ölkənin şərqinə köçürülməsi barədə qərar verib.
“Vaqner qrupunun iştirakı ilə Polşa, Litva və ya Latviya kimi NATO və Aİ ölkələrinin sərhədlərində ciddi insidentlər baş verərsə, biz, şübhəsiz ki, birgə ölçü tədbirləri görəcəyik”, – Kaminski deyib.

O qeyd edib ki, birgə qərarın Belarusun tamamilə təcrid olunmasına gətirib çıxaracağını istisna etmir.

Ana səhifəDünyaAİ vaqnerçilərə görə Belarusla sərhədini tam bağlaya bilər