close

Almaniya iqtisadiyyatı daralıb

Almaniya iqtisadiyyatı. Mənbə: Vladimka production/shutterstock

Ölkənin istehlak xərcləri 0.3 faiz azalıb, hökumətin xərcləri artıb

“Bundesbank”ın Almaniya iqtisadiyyatının tənəzzülə girə biləcəyini düşündüyü zamanda  ev təsərrüfatları xərclərini kəskin azaldıb. Bu da ilin üçüncü rübündə Almaniya iqtisadiyyatının daralmasına səbəb olub.

Bu ölkədəki ümumi daxili məhsul sentyabradək olan üç ayda 0.1 faiz azalıb.

Almaniya Statistika İdarəsinin noyabrın 24-də açıqladığı məlumata görə, hazırki istehlak xərcləri əvvəlki rübə baxanda daha 0.3 faiz azalıb. Hökumətin xərcləri isə əksinə, artıb.

Bloomberg” yazır ki, məlumatdan ölkənin həm keçən qış enerji ilə bağlı tənəzzüldən qurtarmaq üçün apardığı mübarizənin, həm də daha yüksək borc xərclərinin artan təsirini sezmək olur.

Analitiklər düşünür ki, yüksək enerji qiymətləri və zəif qlobal artım Almaniyanın böyük istehsal bazasına zərbə vurmağa davam edir. Nəticədə, bir neçə böyük sənaye firması xərcləri azaltmağa başlayıb.

Bu da özəl sektorda “əhəmiyyətli zəifliyə” gətirib.

Avropa Mərkəzi Bankı inflyasiyanın oktyabrda 2.9 faizədək kəskin azaldığını açıqlayıb.

Ekspertlər düşünür ki, buna baxmayaraq, pul şərtlərinin yumşaldılması tezliklə gözlənilməməlidir.

İki ilinin tamam olmasına az qalan Rusiya-Ukrayna müharibəsi bütün dünyada böhrana səbəb olub. Rusiyanın Ukraynadakı müharibəsini maliyyələşdirmək istəməyən Qərb bu ölkənin enerji satışına sanksiyalar tətbiq edib. Bu da dünyada enerji qiymətlərinin bahalaşmasına və böhrana yol açıb.

Ana səhifəDünyaAlmaniya iqtisadiyyatı daralıb