close

Amerikada ukraynalı pilotlara təlim keçiriləcək

F-16. Foto: Reuters

Təlimlər 5 ay davam edəcək

Oktyabrda Amerikada Ukrayna hərbi pilotlarına F-16 qırıcı təyyarələri ilə əlaqədar təlimlər keçiriləcək. Bu barədə Pentaqon rəsmisi, briqada generalı Patrik Rayder keçirdiyi brifinqdə məlumat verib. 

O deyib ki, təlimlər Arizonadakı “Morris” Hərbi Hava Qüvvələri bazasında təşkil ediləcək.

Uçuş təlimindən əvvəl pilotlar sentyabrdan etibarən Texas Hərbi Hava Qüvvələrinin bazasında dil hazırlığı keçəcəklər. Beş ay ərzində təlimləri yekunlaşdırmaq üçün Danimarka, Hollandiyadan olan və digər müttəfiqlərlə sıx məsləhətləşmələrə davam edəcəyik”, – Rayder deyib.

Müdafiə Nazirliyinin sözçüsü ABŞ-a nə qədər pilotun gələcəyini dəqiq bilmədiyini vurğulayıb.
Bu ilin iyulunda ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Ukrayna Silahlı Qüvvələrinin 2023-cü ilin sonuna qədər F-16 qırıcıları alacağını deyib. Avqustun 20-də Niderland və Danimarka Ukraynaya F-16 qırıcı təyyarələrini verəcəklərini açıqlamışdı. 

Niderlandın 42, Danimarkanın 19 qırıcını təhvil verəcəyi bildirilir.

Danimarka Müdafiə Nazirliyi pilotların avqustun sonunda təlimlərə başlayacağını bildirib.

Avqustun 24-də isə Norveçin “TV2” telekanalıda Ukraynaya F-16 qırıcı təyyarələrinin verilməsi ilə bağlı məlumat yayılıb. 

Hərbi ekspertlər hesab edirlər ki, F-16 qırıcılarının tədarükünün Ukrayna ordusunun cəbhədə sürətli uğur qazanmasına kömək etməyəcək.

Rusiya Ukraynaya qarşı 2022-ci ilin fevralın 24-dən hərbi əməliyyatlara başlayıb.

Ana səhifəDünyaAmerikada ukraynalı pilotlara təlim keçiriləcək