close

AŞPA-nın seçkilərlə bağlı Azərbaycana məhdudiyyət tətbiq edəcəyi bildirilir (yenilənib)

AŞ PA. Foto: AŞ PA

“Turan”ın yazdığına görə, təklif səsverməyə çıxarılıb və səs çoxluğu ilə qəbul edilib.

İclasa sədrlik edən Emmanuelis Sinqeris deyib ki, bu təklifin qiymətləndirilməsilə Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsi məşğul olacaq.

Komitənin öz rəyini təqdim etmək üçün 24 saat vaxtı var.

Bundan sonra Avropa Şurası Parlament Assambleyası bu məsələni müzakirə edəcək və yekun qərar qəbul edəcək.


AŞPA məruzəçilərinin Laçın dəhlizinə buraxılmaması ilə bağlı şikayət də var

Avropa Şurası Parlament Assambleyasının Prezident Komitəsi səviyyəsində Azərbaycana qarşı məhdudiyyətlərin tətbiqi ilə bağlı fundamental qərarın qəbul edildiyi bildirilir.

Bu barədə yanvarın 22-də “European Pravda” nəşri məlumat yayıb.

Bildirilir ki, təşəbbüs bu gün plenar iclasda Almaniyadan olan deputatlardan gəlib.

Şikayət Azərbaycanda 7 fevral növbədənkənar Prezident seçkisinə AŞPA-dan müşahidəçilərin dəvət edilməməsi ilə bağlı olacaq”, – deyə nəşr qeyd edir.

Məlumatda o da vurğulanır ki, Azərbaycanın AŞPA məruzəçilərini Laçın dəhlizinə buraxmaması ilə bağlı şikayət də var.

Azərbaycanda 7 fevral növbədənkənar Prezident seçkisini ATƏT-in Müşahidə Missiyası, MDB və GUAM-ın nümayəndələri müşahidə edəcəklər.

2000-ci il iyunun 26–28-də AŞPA-nın sessiyasında Azərbaycanın Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilməsinə dair müsbət rəy verilib.

Avropa Şurası Nazirlər Komitəsinin 2000-ci il noyabrın 7-9-da keçirilən sessiyasında “Azərbaycanın Avropa Şurasına üzv olmağa dəvət edilməsi” adlı 14 saylı qətnamə qəbul edilib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti ilk dəfə tamhüquqlu üzv kimi 2001-ci il aprelin 24-27-də Avropa Şurası Parlament Assambleyasının plenar sessiyasında iştirak edib.

Seçkilər nə vaxt keçiriləcək və kimlər namizəddir?

2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkisi keçiriləcək.

İlham Əliyev ötən il dekabrın 7-də bununla bağlı sərəncam imzalayıb.

Namizədliyi qeydə alnmış şəxslər – ölkə başçısı İlham Əliyev, deputatlar – Fazil Mustafa, Zahid Oruc, Qüdrət Həsənquliyev, Razi Nurullayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Fuad Əliyevdir.

Namizəd Səfərov, Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz, Qulamhüseyn Əlibəyli namizədliklərini irəli sürsələr də, onlar qeydə alınmayıblar.

Prezidentliyə namizədliyini verən şəxslərin hər biri hakimiyyətyönümlü kimi tanınır.

AXCP, MüsavatKlassik Xalq Cəbhəsi partiyaları seçkini boykot edəcəklərini açıqlayıblar.

Azərbaycanda sonuncu dəfə Prezident seçkiləri 2018-ci il aprelin 11-də keçirilib.

Həmin seçkilər də növbədənkənar olub.

İlham Əliyev 20 ildir ki, Prezident vəzifəsini icra edir.

Ana səhifəSiyasətAŞPA-nın seçkilərlə bağlı Azərbaycana məhdudiyyət tətbiq edəcəyi bildirilir (yenilənib)