close

Avropa Birliyi ölkələri ikinci qışını Rusiya enerjisinin qıtlığı ilə qarşılamağa hazırlaşır

Rusiya qazı. Foto: Victoria Viper B/shutterstock

Avropa Komissiyasının hesabatında deyilir ki, yenə enerji bazarları həssas durumda qalib

Avropa Komissiyası Avropa İttifaqının son onillik ərzində Rusiyanın qalıq yanacaqlarından asılılığına son qoymaq məqsədinə doğru sürətlə getdiyini açıqlayıb.

Bu barədə “Enerji Birliyinin 2023-cü il vəziyyəti: Aİ böhrana effektiv cavab verir, gələcəyə baxır və yaşlı enerjiyə keçidi sürətləndirir”, – adlı hesabatda bildirilir.

Avropa Birliyi ölkələri Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra ikinci qışını Rusiya enerjisinin qıtlığı ilə qarşılamağa hazırlaşır.

Hesabatda bildirilir ki, Aİ bu il Rusiya qazının idxalını tamamilə azaldacaq. Müharibədən əvvəlki il idxal 155 milyard kubmetr olub. Onunla müqayisədə 40-45 milyard kubmetrə qədər azalacağı gözlənir.

Artıq ikinci ildir ki, 27 ölkədən ibarət Aİ Rusiyadan kömür və neft idxalına sanksiya qoyub.

Avropa Komissiyası qeyd edir ki, yenə enerji bazarları həssas durumda qalib. Qalıq yanacaq subsidiyaları böhran zamanı artıb, inflyasiya hələ də yüksəkdir, kritik infrastruktur, o cümlədən təxribatlardan qorumaq lazım gəlir.

Rusiya qazını əvəz etmək üçün Aİ ölkələri digər təchizatçılardan idxalı artırıb və eyni zamandan, qazdan istifadəni azaldıb.

Norveç AB-nin ən böyük boru kəməri qaz tədarükçüsü kimi Rusiyanı əvəz edib. Mayeləşdirilmiş təbii qaz idxalı ABŞ-dan gələn tədarüklər hesabına artıb.

Komissiya əlavə edir ki, hazırda Avropa İttifaqında qaz anbarları 99 faizədək doludur. Bu da qarşıdan gələn qış enerji şokunun qarşısını almağa köməkdir.

Rusiya-Ukrayna müharibəsindən sonra Aİ günəş enerjisindən istifadəni rekord dərəcədə genişləndirib. Analitiklər keçən il müşahidə olunan rekord qiymətə qayıtmağın mümkün
olmadığını desələr də, qlobal qaz bazarları qeyri-adi dərəcədə sıxdır. Bu, soyuq hava və ya əlavə tədarük şoklarına cavab olaraq qiymətlərin hələ də arta biləcəyi riskini yaradır.

Komissiya həmçinin xəbərdarlıq edib ki, Aİ ölkələri 2030-cu ilə qədər bütün enerjinin 42,5 faizini bərpa olunan mənbələrdən əldə etməlidir. Lakin məcburi hədəfə çatmaq üçün kifayət qədər iş görülmür.

Bunu sürətləndirməyə kömək etmək üçün Komissiya yüksək inflyasiya və Çin şirkətlərinin artan rəqabəti ilə mübarizə aparan Avropanın külək enerjisi sənayesini dəstəkləmək planını dərc edib.

Ana səhifəDünyaAvropa Birliyi ölkələri ikinci qışını Rusiya enerjisinin qıtlığı ilə qarşılamağa hazırlaşır