close

Paşinyan ölkəsinin yeni tərəfdaş axtarışında olduğunu deyib

Nikol Paşinyan. Foto: Meydan TV

“Təhlükəsizliyə təkcə ordu vasitəsilə deyil, həm də regional sülh yolu ilə nail olmaq lazımdır”

Yerevan Moskvanın müttəfiqlik öhdəliklərini yerinə yetirmədiyi üçün yeni tərəfdaşlar axtarışındadır. Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-ın “The Wall Street Journal” (WSJ) dərgisinə müsahibəsində belə deyib.

Baş nazir Moskvanı xüsusilə Dağlıq Qarabağ üzərində Azərbaycanın nəzarətinin yaradılması zamanı müttəfiqlik öhdəliklərini yerinə yetirməməkdə ittiham edib.

“Bu vəziyyətlər bizi təhlükəsizlik əlaqələrimizi şaxələndirmək qərarına gətirdi. İndi isə biz bunu etməyə çalışırıq”, – Nikol Paşinyan belə deyib.

Baş nazir eyni səbəbdən hazırda Rusiya hərbi bazasının Ermənistanda davam etməsində heç bir məna görmədiyini də vurğulayıb.

Nəşr yazır ki, Ermənistanın düşdüyü çətin vəziyyət ABŞ və Qərb müttəfiqlərini getdikcə daha çox narahat edir:

“Avrasiyanı əhatə edən uzun qeyri-sabitlik xəttində region daha bir partlayıcı nöqtə kimi görünür. Vaşinqtonda və Avropa paytaxtlarında artan narahatlıq ondan ibarətdir ki, Azərbaycan Türkiyənin dəstəyi və Rusiyanın iştirakı ilə Ermənistanın bir hissəsini tutmağa cəhd edə bilər. Eyni zamanda, Rusiyanın Ermənistanın liderini devirmək üçün çevriliş planlaşdırması həyəcan doğurur”.

Amerika nəşri yazır ki, son həftələr Moskva Ermənistanın Roma Əsasnaməsini ratifikasiya etməsindən sonra ictimai qınaqlara və təhdidlərə başlayıb:

“Ermənistanın Baş naziri Avropa Parlamentində Rusiyanın Ermənistanın və Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinin qorunmasında fəaliyyətsizliyini tənqid edib“.

Bu cür bəyanatlardan narahat olub-olmaması və Moskvanın onu hakimiyyətdən uzaqlaşdıra biləcəyindən qorxması sualına Nikol Paşinyanın cavabı belə olub:

“Bu yanaşma bir-birinin daxili işlərinə qarışmamaqdan və diplomatik düzgünlük qaydalarından başlayaraq bir çox qaydanı pozur”.

Nikol Paşinyan İlham Əliyevin Brüsselə gəlməyəcəyinə rəğmən, yaxın aylarda Azərbaycanla sülh razılaşmasının əldə olunacağına inandığını bildirib.

“Ermənistanın suverenliyinə hörmət edilərsə, regionun gələcəyi çoxdan bağlı olan sərhədlərin və ticarət yollarının, o cümlədən, Türkiyə ilə Azərbaycanı birləşdirən yolun açılmasında olmalıdır. Təhlükəsizliyə təkcə ordu vasitəsilə deyil, həm də regional sülh yolu ilə nail olmaq lazımdır”,- deyə Baş nazir əlavə edib.

Ermənistanın Rusiya ilə tarixi əlaqələri barədə suala gəlincə, Baş nazir ölkəsinin türkdilli qonşuları olan Türkiyə və Azərbaycanla daha uzun tarixinə diqqət yetirib:

Bütün suallar və bütün cavablar buradadır. Mən isə məhz bu məntiqi irəli sürdüm: biz ilk növbədə regionumuzda münasibətlərimizi yaxşılaşdırmağa çalışmalıyıq”.

O, sonda Yerevanın təhlükəsizlik əlaqələrini şaxələndirmək və yeni müttəfiqlər tapmaq səylərini sadəcə, Qərbin bazaları və silahları tələbi kimi deyil, regionda sabit sülh istəyi kimi qiymətləndirib.

Oktyabrın 3-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Yerevanın Moskva ilə ikitərəfli tərəfdaşlığa və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mexanizmlərinə dair tənqidini şərh edərkən qeyd edib ki, Nikol Paşinyan özü Azərbaycanın sərhədlərini bu gündən tanımaq qərarına gəlib:

1991-ci il və bu, Dağlıq Qarabağ ətrafında mövcud vəziyyətin ilkin başlanğıcı oldu”.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova oktyabrın əvvəlində Rusiya hərbi bazasının Ermənistanda yerləşdirilməsi ilə bağlı məsələlərin müvafiq sənədlərlə tənzimləndiyini bildirib.

Ermənistan ərazisində, 1995-ci il dövlətlərarası müqaviləyə əsasən, 102-ci hərbi baza – Zaqafqaziyada yeganə Rusiya bazası (hərbi personalın ümumi sayı 5 min nəfərə yaxın) yerləşir. 2010-cu ildə sənədə dəyişikliklər edilib, ona görə onun səlahiyyət müddəti ilkin 25 ildən 49 ilə, 2044-cü ilə qədər uzadılıb. Bazanın Gümrü və Yerevan yaxınlığında iki qarnizonu var.

Ana səhifəSiyasətPaşinyan ölkəsinin yeni tərəfdaş axtarışında olduğunu deyib