close

Azərbaycan Argentinaya nota verdi

Argentina və Azərbaycan. Foto: iunewind/shutterstock

Səbəb Argentina Prezidentinin G20 sammitində Azərbaycana qarşı səsləndirdiyi fikirlərdir

Sentyabrın 11-də Argentinanın Azərbaycandakı səfiri Marianxeles Belluşi Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Səbəb kimi Argentina Prezidenti Alberto Fernandesin 1 gün əvvəl Nyu-Delhi şəhərində G20 (“Böyük iyirmilik”) sammitində Azərbaycana qarşı qərəzli fikirlər səsləndirməsi göstərilib və səfirə etiraz notası təqdim edilib.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat İdarəsi məlumat yayıb.

Marianxeles Belluşi. Foto: Trend

Səfir Marianxeles Belluşə Ermənistanın Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasına əsaslanaraq bölgədəki reallıqları təhrif edən, suverenliyimiz və ərazi bütövlüyümüzə qarşı terminalogiyanın əks olunduğu bu kimi əsassız fikirlərin səsləndirilməsinin təəssüf doğurduğu bildirilib.

Mətbuat İdarəsi qeyd edir ki, Azərbaycandan erməni sakinlərin ehtiyaclarının qarşılanması məqsədilə alternativ yollardan, o cümlədən Ağdam-Xankəndi yolundan istifadə təklifləri, göndərilən ərzaq məhsullarının hələ də qəbul edilməməsi, vəziyyətin Ermənistanın iddia etdiyi kimi humanitar deyil, siyasi xarakter daşıdığını nümayiş etdirdiyi deyilib:

“Bu xüsusda, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı olan bəyanatlardan çəkinilməsinin vacib olduğu Argentina tərəfinin diqqətinə çatdırılıb”.

Ana səhifəSiyasətAzərbaycan Argentinaya nota verdi