close

Bayramov ABŞ rəsmisi ilə görüşdə Yerevanın iddialarını qəbul etmədi

Foto: XİN

Nazir Ermənistan silahlı birləşmələrinin hələ də Qarabağda olduğunu deyir

Avqustun 3-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb.

Diplomatların Azərbaycanla Ermənistan arasında sülh prosesini, bölgədəkı durumu, danışıqların cari vəziyyətini və perspektivlərini müzakirə etdikləri bildirilir.

Bu barədə XİN-in Mətbuat İdarəsi məlumat yayıb.

Nazir Ceyhun Bayramov Lui Bonoya deyib ki, Ermənistan öz öhdəliklərinə zidd olaraq, Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini tam olaraq çıxarmayıb:

Bununla da Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddiaları davam etdirirlər. Yerevanın kommunikasiyaların açılmasına maneçilik törətməsi bölgədə sülh və sabitliyə xidmət etmir”.

Bayramov rəsmi Yerevanın Azərbaycanın erməni sakinlərini blokadada saxlaması ilə bağlı fikirlərinə etiraz edib.

O, Laçın sərhəd buraxılış məntəqəsinin “qeyri-legitim” olduğu barədə iddiaların əsassız olduğunu vurğulayıb:

 “Ermənistanın Laçın yolunda və sərhəd buraxılış məntəqəsinə qarşı təxribatları nəzərə alınaraq, Azərbaycanın erməni sakinlərə yardım üçün Ağdam-Xankəndi yolundan istifadə təklifinin qüvvədə qaldığını bir daha xatırlayıb. Həmçinin Azərbaycan tərəfinin erməni sakinlərin reinteqrasiyası səylərinə Ermənistanın müdaxiləsinin qəbuledilməz olduğunu bildirib”.

Avqustun 3-də Dövlət Departamentinin sözçüsü Mett Miller “Turan”a bildirib ki, Luis Bono Vaşinqtonun sülh prosesinə dəstəyini və davamlı və layiqli sülhün əldə edilməsini müzakirə etmək üçün regiondadır:

Cənab Bono Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləmək üçün əsas maraqlı tərəflərlə görüşməyi planlaşdırır. O, həm Azərbaycana, həm də Ermənistana səfər edəcək”.

Onun sözlərinə görə, cənab Bono Dağlıq Qarabağ əhalisinin humanitar şəraiti, hüquqları və təhlükəsizliyini müzakirə edəcək:

Biz ardıcıl olaraq bildirdik ki, regionda sülh bu müdafiə vasitələrini əhatə etməlidir”.

Bu, Luis Bononun bu vəzifədə regiona üçüncü səfəridir.

Ana səhifəSiyasətBayramov ABŞ rəsmisi ilə görüşdə Yerevanın iddialarını qəbul etmədi