close

BMT Risiya hərbiçilərini 136 azyaşlının qətlində ittiham edir

İllüstrasiya Meydan Tv

“Novaya Qazeta Yevropa”nın materialı

BMT-nin illik hesabatında baş katib Antoniu QuterreşRusiya ordusunu 136 azyaşlını öldürməkdə ittiham edib.

Hesabatda həmçinin bildirilir ki, Quterreş Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi zamanı “yetkinlik yaşına çatmayanların hüquqlarının ciddi şəkildə pozulması hallarından şoka düşüb”. O, həmçinin Ukrayna Silahlı Qüvvələrinin uşaqlara qarşı törətdiyi cinayətlərin sayından narahat olduğunu bildirib. Hesabatın özü gələn həftə rəsmi olaraq açıqlanacaq.
Hesabatda göstərilir ki, 2022-ci ildə Ukraynada ümumilikdə 477 uşaq öldürülüb. Rusiya hərbçilərinin iştirakı yalnız 136-nın ölümü ilə sübuta yetirilib. Ukrayna tərəfinin əməlləri nəticəsində 80 uşaq həlak olub.

Həmçinin, BMT-nin məlumatına görə, 2022-ci ildə ən azı 900 uşaq xəsarət alıb. Rusiya ordusunun əməllərindən 518, Ukraynadan 175 uşaq zərər çəkib.
Məlumata görə, Rusiya ordusu 91 uşaqdan canlı sipər kimi istifadə edib. Ümumilikdə Rusiya Ukraynada məktəb və xəstəxanalara 480 hücum həyata keçirib.

Ana səhifəDünyaBMT Risiya hərbiçilərini 136 azyaşlının qətlində ittiham edir