close

“Ekol Mühəndislik Xidməti”ndə ixtisarlar: 50-dən çox əməkdaş bildiriş alıb

Foto: “Ekol Mühəndislik Xidməti” Qapalı Səhmdar Cəmiyyəti

Mirvari Qəhrəmanlı: “30-a yaxın əməkdaşın müqaviləsinə xitam verilib”

SOCAR-ın sərmayəsi ilə maliyyələşən “Ekol Mühəndislik Xidməti” Qapalı Səhmdar Cəmiyyətində də ixtisarlara başlanılıb. Bu barədə Meydan TV-yə cəmiyyətin bildiriş almış əməkdaşları bildirib. Onların sözlərinə görə, bir gündə 50-dən artıq əməkdaşa bildiriş paylanılıb.

“Onsuz da işimiz ağır idi, amma bir tikə çörək üçün dözməyə məcburduq. Çoxu özünə iş axtarır, təsəvvür edin ki, hamı bir-birindən iş tapmaq üçün yardım istəyir. Bir yandan da hər şey bahalaşır, vəziyyətimizin necə olaağını təsəvvür edə bilmirik”,- adının mətbuatda açıqlanmasını istəməyən əməkdaş bildirib.

Onun sözlərinə görə, adları şikayətçilərin siyahısına düşəndən sonra iş tapmaq lap çətinləşir:

“Hamı qınayır, amma ailəni dolandırmaq lazımdır. Körpə uşaqlara yemək lazımdır”.

Mirvari Qəhrəmanlı. Foto: Gülzar Məmmədli

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı isə bildirib ki, “Ekol Mühəndislik Xidməti” Qapalı Səhmdar Cəmiyyətində artıq 30-a yaxın əməkdaşın müqaviləsinə xitam verilib. İşdən çıxarılmalarla bağlı təşkilata müraciətlər daxil olub.

“Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyəti Dövlət Neft Şirkətinin (51%) və xarici investor «Lancer Services S.A.» Şirkətinin (49%) pay iştirakı ilə bağlanmış 1 mart 2006-cı il tarixli müqavilə əsasında təsis edilib. Şirkət həmin ilin aprelində Qapalı Səhmdar Cəmiyyəti təşkilati-hüquqi formada hüquqi şəxs kimi dövlət qeydiyyatından keçib.

SOCAR-dan məsələ ilə bağlı açıqlama verilməyib.

Ana səhifəSosial“Ekol Mühəndislik Xidməti”ndə ixtisarlar: 50-dən çox əməkdaş bildiriş alıb