close

Ərəb dövlətləri və Türkiyə müharibədən sonra Qəzzanın bərpasına kömək edəcək

Qəzza. Foto: Reuters

ABŞ dövlət katibi Entoni Blinken İsraildə səfərdədir

ABŞ dövlət katibi Entoni Blinken ölkəsinin müharibənin yayılmasını dayandırmaq cəhdlərinə görə İsrailə gedib.

Onun indiyədək Vaşinqtonun müharibə əleyhinə təzyiqlərinə müqavimət göstərən liderlərlə görüşəcəyi bildirilir.

Blinken həmçinin Yaxın Şərq turunda vəliəhd şahzadə Məhəmməd bin Salman ilə də görüşüb.
Deməsinə görə, əsas ərəb dövlətləri və Türkiyə İsrailin HƏMAS-a qarşı müharibəsi başa çatdıqdan sonra Qəzzanın yenidən qurulması və idarə olunması üçün planlara başlanılması barədə razılığa gəlib.

Dövlət katibi bildirib ki, Səudiyyə Ərəbistanı, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyə Qəzzanın sabitləşməsinə və bərpasına kömək etmək, fələstinlilər üçün irəliyə doğru siyasi yol cızmaq və uzunmüddətli işlərə doğru çalışmaq üçün birgə işləmək və səylərini birləşdirməklə bağlı razılığa gəliblər.

Səudiyyəlilər və digər ərəb liderləri hələ də İsraillə münasibətlərin normallaşdırılmasında maraqlıdırlar, lakin bunu İsrail-Fələstin arasında davamlı siyasi nizamlanma əsasında etməyi düşünürlər”, – Blinken deyib.

Entoni Blinken. Foto: Al Drago/Pool via AP

Bu, Blinkenin son üç ay ərzində əraziyə dördüncü səfəridir. Deməsinə görə, İsrailin baş naziri Binyamin Netanyahunu Qəzzada müharibədən sonrakı idarəçiliklə bağlı ciddi danışıqlara başlamağa, mülki əhalinin müdafiəsi üçün daha çox işlər görməyə və yardıma icazə verməyin vacibliyinə inandırmağa çalışacaq.

Mən mülki insanları qorumaq üçün daha çox iş görmək və humanitar yardımın ehtiyacı olanların əlinə keçməsini təmin etmək üçün əlimdən gələni edəcəyəm”.

Ötən ilin oktyabrında HƏMAS İsrailin cənub bölgəsinə hücum edib. Əksəriyyəti mülki şəxslərdən ibarət 1200-ə yaxın insanı öldürüb, 240-a yaxın adamı girov götürüb. Bundan bir neçə gün sonra İsrail Qəzza zolağına hücuma başlayıb. HƏMAS-ın axırına çıxmayınca hücumu dayandırmayacağını açıqlayıb. Müharibə nəticəsində minlərlə insan ölüb və didərgin düşüb.

Ana səhifəDünyaƏrəb dövlətləri və Türkiyə müharibədən sonra Qəzzanın bərpasına kömək edəcək