close

Feministlərdən Vudi Allenə qarşı etiraz aksiyası

Vudi Allen, foto: reuters

Rejissorun festivalda iştirakı narazılığa səbəb oldu

Amerikalı rejissor Vudi Allenin İtaliyada 80-ci dəfə keçirilən Venesiya Film Festivalında iştirakı narazılığa səbəb olub.

Sənətçi qırmızı xalıda görünən kimi iyirmiyə yaxın fəal onun mərasimdə iştirakına etiraz edib.

Aksiyaçılar etiraz çağırışlarını ingilis və italyan dilində ediblər.

Onlar əllərində: “Zorlama mədəniyyətinə yox”, – yazısı olan şüarlar tutublar.

Etirazçılar eləcə də zorakılığa və patriarxiyaya qarşı feminist şüarlar səsləndiriblər.

2014-cü ildə Vudi Allenin övladlığa götürdüyü Dilan Farrou açıqlama verərək atalığı tərəfindən yeddi yaşındaykən cinsi təcavüzə məruz qaldığını deyib.

Rejissor isə ittihamları rədd edib.

Builki Venesiya Film Festivalı avqustun 30-dan sentyabrın 9-dək keçirilir.

Vudi Allen də tədbirə rejissoru olduğu “Coup de chance” filminin təqdimatında iştirak etmək üçün qatılıb.

Ana səhifəMədəniyyətFeministlərdən Vudi Allenə qarşı etiraz aksiyası