close

İstanbulda sel: ölən və yaralananlar var

İstanbul seldən sonra, foto: Islam Yakut / Anadolu Agency

Hadisə ilə bağlı 70 təcili tibbi yardım maşını və 240 səhiyyə işçisi ayrılıb

İstanbulda leysan yağışlar selə səbəb olub.

Şəhərin Başakşehir və Küçükçekmece bölgəsində sel suları  2 nəfəri aparıb, onlar həyatını itirib.

Şəhərin şimal hissəsində başlayan yağış Arnavutköy və Başakşehirdə şiddətini artırıb.

Yağan leysan səbəbindən yollarda su gölməçələri əmələ gəldiyindən avtomobillər irəliləməkdə çətinlik çəkib.

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya açıqlamasında bildirib ki, suların boşaldılması üçün işlər səhərə qədər fasiləsiz davam edəcək.

Nazir sosial media hesabındakı paylaşımında İstanbulda baş verən daşqın və daşqınlar səbəbindən Arnavutköy Bələdiyyəsinin Fəlakət və Təcili Yardım Mərkəzində olduğunu bildirib.

“Qruplarımız gecə boyu işlərini davam etdirəcək. Sel fəlakətində həyatını itirən 2 vətəndaşımıza Allahdan rəhmət, yaralılarımıza isə tezliklə şəfa diləyirəm”, – o deyib.

Səhiyyə naziri Fahrettin Koca isə deyib ki, seldə 2 nəfər həyatını itirib, 12 nəfər hadisə nəticəsində zərər çəkib.

Bundan sonra isə media ölənlərin sayının 5 nəfərə çatdığı barədə məlumat yayıb.

“Məsələ ilə bağlı indiyədək 70 təcili tibbi yardım maşını və 240 səhiyyə işçisi ayrılıb”, – deyə nazir qeyd edib.

Hesablamalara görə İstanbulda hər kvadratmetrə 125 kiloqram yağıntı düşüb.

Ana səhifəXəbərlərİstanbulda sel: ölən və yaralananlar var