close

FHN partlamış sexin dağıntıları altından daha iki nəfərin cəsədini tapıb

Foto: “Azərtac”

Ölənlərin sayı 9 nəfərə çatıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri yanvarın 15-də partlayış baş verən sexin dağıntıları altından daha iki nəfərin cəsədini tapıblar.

FHN Mətbuat xidmətindən bildirilib ki, bununla hadisə qurbanlarının sayı 9 nəfərə çatıb.

Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç “X” platformasında Bakıda yanvarın 15-də baş vermiş partlayış və yanğının qurbanlarının doğmalarına, habelə Azərbaycan hakimiyyətinə başsağlığı verib:

Bakıda baş vermiş partlayışdan kədərlənmişəm. Duyğularımı qurbanlara, onların doğmalarına və Azərbaycan hakimiyyətinə çatdırmaq istəyirəm”.

Yanvarın 15-də paytaxtın Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən mebel sexində partlayış olub. Partlayışdan sonra yanğın çıxıb. Hadisə nəticəsində 24 nəfər yaralanıb, 9 nəfər həyatını itirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma – ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq – ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi açıldığı bildirilib.

Ana səhifəSosialFHN partlamış sexin dağıntıları altından daha iki nəfərin cəsədini tapıb