close

Hərbi qulluqçu güllə yarasından həyatını itirib

Əsgər. Mənbə: Shutterstock – Denis Andricic

Hadisə ilə bağlı araşdırma aparılır

Daxili Qoşunların müddətdən artıq xidmət edən hərbi qulluqçusu (MAXE) Xanlar Əhmədovun təlim zamanı aldığı xəsarətdən vəfat etdiyi bildirilir.

Bu barədə Daxili İşlər Nazirliyi  (DİN) məlumat yayıb.

Bildirilir ki, Xocavənd rayonu ərazisinə dislokasiya olunmuş 21 yaşlı MAXE bir neçə gün öncə təlim zamanı tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.

Göstərilən tibbi müdaxilələrə baxmayaraq bu gün, iyulun 11-də vəfat edib.

DİN qeyd edib ki, hadisə ilə bağlı araşdırma aparılır.

Bir müddət əvvəl Daxili Qoşunların başqa bir hərbi qulluqçusu ilə bağlı da bənzər hadisə yaşanmışdı.

Rəsmi açıqlamada Ş.Əmiraslanovun da təlimdə silahla ehtiyatsız davranma nəticəsində həlak olduğu bildirilirdi.

Ana səhifəSosialHərbi qulluqçu güllə yarasından həyatını itirib