close

İkinci dəfə minaya düşən Tərtər sakini həlak olub

Mənbə: “Bizim Yol”

Yaquar Hadıyev bu ilin martında ayağını itirmişdi

Tərtər rayon sakini minaya düşərək həlak olub. Hadisə bu gün, oktyabrın 6-da, saat 17 radələrində rayonun Çaylı kəndi ərazisində baş verib.

Tərtərin Həsənqaya kənd sakini, 1989-cu il təvəllüdlü Yaquar Əliheydər oğlu Hadıyev piyada əleyhinə minaya düşməsi nəticəsində ölüb.

Məlum olub ki, həmin şəxs martın 9-da eyni kənddə minaya düşübmüş. Hadisə nəticəsində onun ayağı amputasiya edilib.

Y.Hadıyev bundan əvvəl bir neçə dəfə azad olunmuş ərazilərə icazəsiz daxil olduğuna görə ona rəsmi xəbərdarlıq da olunub. Lakin buna baxmayaraq yenidən əraziyə keçib və bu dəfə mina partlamasında həlak olub.

Faktla bağlı araşdırma aparılır.

Ana səhifəBölgəİkinci dəfə minaya düşən Tərtər sakini həlak olub