close

Milli Məclisdə qaz limitinin ləğvi yenidən gündəmə gətirilib

Milli Məclis, sayğac. Foto: Meydan TV

Nazir isə deyib ki, qazın qiyməti o qədər də yüksək deyil

Milli Məclisin bu gün keçirilən iclasında növbəti dəfə əhaliyə verilən təbii qaza qoyulan limitin ləğv olunması təklif edilib.

Deputat Ramil Həsən çıxışında bu haqda danışıb.

Azərbaycanda seçicilərin əsas narazılığı əhali istehlakçı qrupu üzrə təbii qazın pərakəndə satış tarifinin illik istehlaka dair limitin azaldılması ilə bağlıdır”, – deputat belə deyib.

Təbii qazın qiymətinin yüksək olması kəndlərdə ağacların kəsilərək yanacaq kimi istifadə olunmasına gətirib çıxarır:

Nəticədə ekoloji tarazlıqda böyük problem yaranır. Seçicilərin xahişi ondan ibarətdir ki, ya qaz limiti ləğv olunmalı, ya da rayonlar üçün yeni yanaşma tətbiq olunmalıdır”.

Foto: Ramil Həsənin “Facebook” səhifəsindən

Maliyyə Naziri Samir Şərifov isə deyib ki, Azərbaycanda istehlakçılara satılan təbii qazın pərakəndə qiyməti o qədər də yüksək deyil:

Qaz limiti kifayət qədər mürəkkəb məsələdir. Sosial həssas əhali üçün müəyyən qədər qaz limiti qoyulub. Həmin limit çərçivəsində qazın qiyməti daha ucuzdur. Limitdən yuxarı hissə isə bahadır”.

Samir Şərifov
Foto: Azərtac

Noyabrın 3-də Milli Məclisdə 2024-cü il büdcə müzakirələri zamanı deputat Tahir Kərimli də əhaliyə verilən təbii qaza qoyulan limitin ləğv olunmasını təklif etmişdi.

Azərbaycanın kifayət qədər qazı var, buna gücümüz çatar. Ona görə də qaz limitinin ləğv olunmasını təklif edirəm”, – deputat bildirmişdi.

2021-ci il oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib.

Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb.

Əhali üçün 1200-2500 kubmetrədək və 2500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişmədi və əvvəlki həddə saxlanılıb.

Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.

Ana səhifəSosialMilli Məclisdə qaz limitinin ləğvi yenidən gündəmə gətirilib