close

MSK: 1200 şəxs deputat olmaq istəyir, 31-nin namizədliyi qeydə alınıb

Azərbaycanda seçki. Foto: PX Media/shutterstock

950-yə yaxln müşahidəçi qeydiyyatdan keçib

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində 31 nəfərin deputatlığa namizədliyinin qeydə alındığı bildirilir.

Bu barədə iyulun 24-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib. Məzahir Pənahov bugünə qədər 125 dairə üzrə 1200-ə yaxın adamın namizəd olmaq üçün müraciət etdiyini vurğulayıb:

“Onların çoxu artıq təsdiq olunub, ümumilikdə 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb”. Onun sözlərinə görə, 950-yə yaxın müşahidəçi qeydə alınıb:

Bu ayın sonunda ATƏT-in uzunmüddətli müşahidəçiləri növbədənkənar parlament seçkilərlə bağlı Azərbaycana gələcək”.

26 siyasi partiyanın 25-i seçkilərdə iştirak edir. Onların 600 nəfərə yaxın səlahiyyətli nümayəndəsi qeydə alınıb”,-deyə Pənahov əlavə edib.

Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən seçkiləri izləmək üçün 7 beynəlxalq təşkilata dəvət göndərilib. Bu barədə XİN iyulun 23-də yaydığı məlumatda ATƏT DTİHB, Müstəqil Dövlətlər Birliyi (MDB), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), GUAM, Qoşulmama Hərəkatı Gənclər Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Türk Dövlətləri Təşkilatının (TDT) adları çəkilir.

Milli Məclis isə 13 beynəlxalq təşkilata dəvət göndərdiyi haqda açıqlama yaymışdı:

“Bunlar АТӘТ РА, MDB PA, TÜRKPA, İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqı (İƏT Pİ), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi (QDİƏTPM), GUAM PA, Asiya Parlament Assambleyası (APA), Pan-Afrika Parlamenti, İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası (İƏT PA), Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyası (AIPA), Ərəb Parlamenti, Beynəlxalq Parlamentarilər Konqresi (IPC), Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) təşkilatlarıdır”.

Parlament seçkiyə gedir

2024-cü il iyunun 21-də Azərbaycan parlamenti özünün buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.

İyunun 28-də İlham Əliyev Milli Məclisin buraxılması və sentyabrın 1-də erkən seçki keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

1 sentyabr seçkilərini AXCP boykot edir, Yeni Azərbaycan, Müsavat, Demokrat, Klassik Xalq Cəbhəsi, Ümid, REAL və digər partiyalar isə iştirak edəcəklərini açıqlayıblar.

Ana səhifəSiyasətMSK: 1200 şəxs deputat olmaq istəyir, 31-nin namizədliyi qeydə alınıb