close

NATO ölkələri Ukraynanı üzvlük üzrə hərəkət planını yerinə yetirməkdən azad edib

Ukrayna. Foto: Meydan TV

Müttəfiqlər yeni Ukrayna-NATO Şurasının yaradılması barədə razılığa gəliblər

“Novaya qazeta. Baltiya”nın materialı

İyulun 11-də Vilnüsdə NATO-nun sammiti start verib. Hələ ilk iş iclası başlamazdan əvvəl Türkiyə İsveçin NATO-ya daxil olması haqda protokolu təsdiqləməyə razılaşıb. Odur ki, sammit rəsmi olaraq start verməzdən əvvəl tarixə düşüb. İkinci gün 40 ölkənin lideri Vilnüsə, “Litexpo” Sərgi Mərkəzinə gəlib. Orada ilk iclasın yekununa görə, növbəti qərarlar alınıb.

NATO ölkələri Ukraynanı üzvlük üzrə hərəkət planını yerinə yetirməkdən azad edib ki, bu da ölkənin alyansa daxil olma prosesini yüngülləşdirəcək.

NATO-nun Baş katibi Yens Stoltenberq mətbuat konfransında qeyd edib ki, bu, Ukraynanın NATO-ya daxil olma müddəti barədə heç nə demir.

“Biz, müttəfiqlər razılığa gələndə və şərtlər yerinə yetiriləndə, Ukraynaya NATO-ya daxil olması üçün dəvətnamə verəcəyik”, – o, bəyan edib.

Müttəfiqlər yeni Ukrayna-NATO Şurasının yaradılması barədə razılığa gəliblər. Onun ilk iclası iyulun 12-də Ukrayna Prezidenti Vladimir Zelenskinin iştirakı ilə keçəcək.

NATO-nun Baş katibi Yens Stoltenberq xəbər verib ki, müttəfiqlər “soyuq müharibə bitdiyi zamandan ən geniş əhatəli müdafiə planları” qəbul ediblər. Burada NATO-nun iki əsas təhlükəsinə – Rusiya və terrorizmə qarşı hərəkət planları təsvir olunub. Yeni regional planlarda yüksək hazırlıqlı 300 000 hərbçinin yerləşdirilməsi nəzərdə tutulur. Bura havada və dənizdə hərbi güc də daxildir.

NATO müdafiə istehsalı üzrə yeni hərəkət planını təsdiqləyib. O, müştərək tədarüklərin tezləşdirilməsinə, istehsalat gücünün artırılmasına və müttəfiqlərin operativ uyğunlaşmasına yönəlib.

Ana səhifəDünyaNATO ölkələri Ukraynanı üzvlük üzrə hərəkət planını yerinə yetirməkdən azad edib