close

Neft Yığımı Məntəqəsində iki nəfərin dənizə düşdüyü bildirilir

Neft daşları, Mr.PK/shutterstock

Dənizə yıxılan elektrik quraşdırıcısı ilə qaynaqçı hələ tapılmayıb

Avqustun 24-də səhər saatlarında  SOCAR-ın iki işçisinin açıq dəniz sahəsinə yıxılaraq itkin düşdüyü bildirilir.

Hadisə “Azneft” İB-nin “N.Nərimanov” NQÇİ-nin 3 saylı Neft Yığımı Məntəqəsində baş verib.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlının Meydan TV-yə verdiyi məlumata görə, obyektdə tikinti quraşdırma işləri aparılarkən dəmir-beton pilitənin qırılması nəticəsində polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcısı 63 yaşlı Şirvan Ataş oğlu Ağammədov və elektrik qaynaqçısı, 39 yaşlı Şamo Mətləb oğlu Nərimanov dənizə düşüblər.

SOCAR məsələ ilə bağlı açıqlama yaymayıb.

Ana səhifəSosialNeft Yığımı Məntəqəsində iki nəfərin dənizə düşdüyü bildirilir