close

Ölkə iqtisadiyyatında Bakının ağırlığı

Foto: Meydan.TV

Bakı ərazisində ümumi əhalinin 23 faizi yaşayır

Bölgələrin iqtisadi vəziyyətinin aşağı olması səbəbindən Bakıya insan axını problemi tez-tez gündəmə gəlir. Bölgələrdə iş yerlərinin olmaması, iqtisadiyyatın əksər sahələrinin Bakıda cəmlənməsi işçi qüvvəsini bu şəhərə yönəldir. Hətta kəndlər var ki, əhalisi 2-3 ailədən ibarətdir. İnsanlar evinin qapısını qıfıllayıb, böyük şəhərlərə, ən çoxu da Bakıya üz tutur. Bu da şəhərdə sıxlığa, avtomobil çoxluğuna, tıxaclara, ictimai nəqliyyatda basabasa və bahalığa gətirib çıxarır.

Qeyri-rəsmi məlumatlarda ölkə əhalisinin yarıdan çoxunun Bakıda məskunlaşdığı bildirilir.

Bəs ölkə iqtisadiyyatında Bakının ağırlığı dəqiq nə qədərdir? 

“Baku Research İnstitute”nun araşdırmasına görə, ölkə ərazisinin 2,5 faizini təşkil edən Bakı ərazisində ümumi əhalinin 23 faizi yaşayır. Şəhərin ölkə üzrə Ümumi Daxili Məhsulda (ÜDM) payı 80.8 faizdir. Əsas kapitala yönəldilən vəsaitlərdə payı 50.2 faizdir. Ölkədəki sənaye müəssisələrinin 55.1 faizi Bakı şəhərində yerləşir. Bütün Azərbaycanda 51.8 faiz, yəni ölkədəki muzdla işləyənlərin yarıdan çoxu Bakı şəhərində çalışır. Kredit qoyuluşunda bu şəhərin payı 76.5, pərakəndə ticarət dövriyyəsində payı 60.3, topdansatış ticarət dövriyyəsində payı 86.3 faizdir. Ən əsası ölkə üzrə əhalinin gəlirlərinin 61.1 faizi Bakıdan çıxır. Rəqəmlər 2023-cü il üçün hesablanıb.

Ana səhifəİqtisadiyyatÖlkə iqtisadiyyatında Bakının ağırlığı