close

Ötən il 2011 uşaq erkən nikahdan doğulub

Source: Meydan TV

Ən yüksək göstəricilər Qazax-Tovuz bölgəsindəndir

Azərbaycanda 2022-ci ildə 18 yaşına çatmamış analar tərəfindən 2011 uşaq doğulub. Bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatında əksini tapıb.

Qeyd edilib ki, bu rəqəm 2021-ci illə müqayisədə 361 nəfər çoxdur. Ən yüksək göstəricilər Qazax-Tovuz (280 nəfər), Mərkəzi Aran (245 nəfər) və Qarabağ (240 nəfər) iqtisadi rayonları üzrə qeydə alınıb.

2022-ci il Azərbaycanın 12 iqtisadi rayonu üzrə 269 erkən evliliyin qarşısı alınıb. Qazax-Tovuz (68 erkən evlilik) və Lənkəran-Astara (57 erkən evlilik) iqtisadi rayonlarının göstəricilərinə əsasən, bu ərazilərdə daha çox erkən evlilik faktı müəyyən edilib.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentdə çıxışı zamanı deyib ki, hələ də ölkədə təhsildən yayınan uşaqlar, o cümlədən qızlar var, onlar bir çox hallarda erkən nikaha məcbur olunurlar.

“Qız uşaqlarına münasibətdə mövcud ayrıseçkiliyin qarşısının alınması, doğulan uşaqlar arasında cins nisbətinin pozulması məsələsi bizi narahat edir”, – Hicran Hüseynova deyib. Əlavə edib ki, gender əsaslı zorakılığın, məişət zorakılığının qarşısının alınması istiqamətində bir sıra normativ hüquqi aktlar qəbul edilib.

Ana səhifəSosialÖtən il 2011 uşaq erkən nikahdan doğulub