close

“Roskomnadzor” “Siqnal”ın bloklanmasını təsdiqləyib

Foto: shutterstock/Viacheslav Lopatin

““Signal” Rusiyada qanunları pozduğuna görə bloklanıb”

Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi Rabitə Nəzarəti Agentliyi (“Roskomnadzor”) ölkədə “Siqnal” messencerinin bloklanmasını təsdiqləyib və səbəbini açıqlayıb.

“Roskomnadzor” bəyan edib ki, “Signal” Rusiyada “qanunları pozduğuna görə” bloklanıb.

“Messencerdə terror və ekstremist məqsədlər üçün istifadənin qarşısını almaq üçün məhdudlaşdırma zəruridir”, – departamentin mətbuat xidmətindən bildirilib.

Rusiyalı istifadəçilər 2024-cü il avqustun 9-u günortadan sonra xidmətin nasazlığından şikayət etməyə başlayıblar.

“Signal” ən təhlükəsiz ani mesajlaşma proqramlarından biri hesab olunur.

Xidmət zənglər, mesajlar və fayllar üçün şifrələmədən istifadə edir.

Bu da məlumatların mobil operatorlar və kəşfiyyat orqanlarının əlinə keçməsini çətinləşdirir.

“Siqnal” digər xidmətlərlə müqayisədə istifadəçilər haqqında minimum məlumat alır və saxlayır.

Son həftələrdə Rusiyada “YouTube”un fəaliyyətində də problemlər yaranıb.

Rusiya hakimiyyəti videohostinqin işini ləngitmək qərarına gəlib.

Rusiyada “YouTube” platformasının bloklanması söhbəti 2022-ci ildə Ukraynaya qarşı müharibəyə başlayandan aktiv şəkildə müzakirə olunur.

Rusiya hakimiyyəti bu platformanı ölkə qanunlarına əməl etməməkdə, həmçinin müharibə tərəfdarlarının məzmunlarını silməkdə ittiham edir.

Eyni səbəblə 2022-ci il martın 14-də Rusiyada istifadəçilərə “Instagram”a giriş bloklanıb.

Ana səhifəXəbərlər“Roskomnadzor” “Siqnal”ın bloklanmasını təsdiqləyib