close

Sakinlər binaların təhlükəli olmasından narahatdır, icra hakimiyyəti isə rəy gözləyir

Fotolar: Meydan TV

“Binanın üzlük daşları tökülür, hər an başımıza uça bilər”

Bakının Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 25-in sakinləri binalarının qəzalı vəziyyətdə olmasından narahatdır.

“Binamiz qəzalı vəziyyətdə idi. Yayda baş verən zəlzələdən sonra durum daha da pisləşdi. Binada iri çatlar yaranib”, – sakinlər Meydan TV-yə bildirdilər.

Onlarin sözlərinə görə, bina 1975-ci ildə istifadəyə verilib. Həmin vaxtdan indiyə qədər binada əsasli təmir işləri aparılmayıb.

“Binada iri çatlar yaranıb,  tavan, döşəmə yararsiz hala düşüb. Binanın üzlük daşları tökülür, hər an başımıza uça bilər”,-sakinlər bildiriblər.  

Sakinlərdən biri danişib ki, gecələr qorxudan yata bilmirlər. Neçə aydır gecələr növbə ilə yatırlar ki, təhlükə olan kimi digərlərini xəbərdar edə bilsinlər.

Deyirlər ki, uşaqların həyətdə oynaması da təhlükəlidir, çünki  külək olan kimi binadan daşlar tökülür:

Binada yaşamaq təhlükəlidir. Amma nə sökurlər, nə də bizi başqa əraziyə köçürürlər. Dəfələrlə Xətai Rayonu İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə müraciət etsək də, tədbir görən yoxdur. Hər dəfə yalnız “müraciətiniz qeydə alındı” sözünü eşidirik. Faciə baş verəndə kim məsuliyyət daşıyacaq?”.

Xətai Rayonu İcra Hakimiyyətindən bildiriblər ki, binanin vəziyyətindən xəbərdardırlar, əlaqədar orqanların rəyindən sonra görüləcək tədbirlər müəyyənləşdiriləcək. Bu barədə sakinlərə də məlumat verilib.

Ana səhifəSosialSakinlər binaların təhlükəli olmasından narahatdır, icra hakimiyyəti isə rəy gözləyir