close

Sürücü: “Bu qədər imkanları olan ölkə cərimələrin hesabına büdcəni doldurur?”

Yol hərəkətiylə bağlı cərimələr artırılır. İnzibati Xətalar Məcəlləsinə olunan dəyişiklik layihəsinə görə, yolda müəyyən edilmiş hərəkət sürətini aşmaya görə cərimələr 50 manat artırılır. Belə ki, 41-60 km/saat həddində aşmağa görə 200 manat məbləğində cərimə tətbiq olunacaq. Əgər surət həddi 61 km/saat-dan çox olarsa 300 manat məbləğində cərimə tətbiq olunacaq. Həmçinin nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə cərimə 60 manat-dan 80 manata qaldırılır. Sükan arxasında əyləşən sürücülərin çoxu hesab edir ki, cərimələri qaldırmaqla yol hərəkətiylə bağlı yaranmış problemləri həll etmək olmaz.

Taksi sürücüləri bəzi yol hərəkətindəki qaydalara görə edilən cərimələri ədalətsiz sayır. Qərarvericilər qanunları qəbul edərkən sürücülərin çətinliklərini nəzərə almırlar.

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi Mill Məclisdə ikinci oxunuşdan qəbul olunub.

Ana səhifəVideoSürücü: “Bu qədər imkanları olan ölkə cərimələrin hesabına büdcəni doldurur?”