close

Şuşada qəza 5 nəfərin ölümünə səbəb olub

Foto: Screenshot

 Avtomobil dağdan aşaraq yanıb

Qarabağ zonasında tikinti ilə məşğul olan şirkətin işçilərindən ibarət avtomobil aşıb və nəticədə 5 nəfər həlak olub. Hadisə Şuşanın Daşaltı kəndi ərazisində baş verib.

Məlumata görə, sürücü idarəetməni itirib və nəticədə avtomobil hündürlükdən aşıb. Bu zaman avtomobildə yanğın başlayıb. “Nissan Navara” markalı avtomobildə olan Rəşad Atakişiyev, Şahbaz İsayev, Kamil Qaybalıyev, Hummət Hümmətov və Eldəniz Həsənov elə hadisə yerində ölüb.

Sürücü Elvin Abbasovun isə xəstəxanaya çatdırıldığı, onun vəziyyətinin ağır olduğu bildirilir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, yol-nəqliyyat hadisəsilə əlaqədar araşdırmalar başlayıb. Araşdırmalar Şuşa rayon Polis Şöbəsində aparılır.

Ana səhifəBölgəŞuşada qəza 5 nəfərin ölümünə səbəb olub