close

Ukrayna XİN Qarabağda separatçıların keçirdiyi “prezident seçkiləri”ni pisləyir

Ukrayna Xarici İşlər Nazirliyi. Mənbə: Lina Reshetnyk/shutterstock

“Bu qondarma “prezident seçkiləri”nin keçirilməsi beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və onların nəticələri etibarsızdır”

Ukrayna Xarici İşlər Nazirliyi sentyabrın 9-da Qarabağ (Azərbaycan Respublikası) ərazisində keçirilmiş qondarma “prezident seçkiləri”ni pisləyir.

Bu qondarma “prezident seçkiləri”nin keçirilməsi beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və onların nəticələri etibarsızdır”, – qurumun bəyanatında bildirilir.

Ukrayna bir daha Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirir və Qarabağ münaqişəsinin siyasi və diplomatik yollarla həllinin tərəfdarı olduğunu deyir.

Azərbaycanın Qarabağ bölgəsində özünü “Dağlıq Qarabağ Respublikası” (Artsax) elan etmiş separatçı rejim sentyabrın 9-da özünə yeni “prezident” seçib. Samvel Sergeyeviç Şahramanyan “prezident” olub.

Azərbaycan XİN də bəyanat yayaraq, bunun Azərbaycan Konstitusiyasına zidd olduğunu bildirib, ölkə suverenliyinə təhdid kimi qiymətləndirib.

Ana səhifəSiyasətUkrayna XİN Qarabağda separatçıların keçirdiyi “prezident seçkiləri”ni pisləyir