close

Vətəndaşların hərbiyə yararlı olub-olmadığını nazirlik müəyyənləşdirəcək

Ordu, foto: Meydan Tv

Dövlət Xidmətinin səlahiyyəti ƏƏSMN-ə verildi

2024-cü il iyulun 1-dən etibarən Azərbaycanda vətəndaşların hərbi xidmətə yararlı olub-olmadığını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) müəyyənləşdirəcək.

Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, ölkə üzrə hərbi xidmətə yararlılıq, yararsız hesab edilməklə çağırışa möhlət verilməsi, dinc dövrdə hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq, həmçinin həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında yekun tibbi rəyi ƏƏSMN həyata keçirəcək.

Yekun müayinə qərarı Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərbi həkim komissiyaları tərəfindən veriləcək.

Yekun tibbi müayinə ilə bağlı məlumatların toplanılması və həmin müayinənin nəticələrinin rəsmiləşdirilməsi Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi üzərindən həyata keçiriləcək.

Nazirlər Kabinetinə altı ay müddətində hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi xidmətlərinin optimallaşdırılması və elektronlaşdıraraq təkmilləşdirmək və Prezidentə təqdim etmək tapşırılıb.

Nazirliyə 2024-cü il iyulun 1-dək altsistemin təkmilləşdirilməsini təmin etmək, fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görmək tapşırılıb.

Hərbi xidmətə yararlılıqla bağlı məsələlər bu günə qədər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilirdi.

Ana səhifəXəbərlərVətəndaşların hərbiyə yararlı olub-olmadığını nazirlik müəyyənləşdirəcək