Türkiyənin Ədliyyə naziri Bəkir Bozdağın ABŞ-a təqdim etdiyi yeni xəbər dosyesinə görə FETO lideri Fətulla Gülənin Braziliya və ya Argentinaya qaçmağı planlaşdırdığı iddia edilir.
Dosyenin baş abzasında Gülənin qaytarılması məqsədi ilə onun təcili həbs olunması tələb edilir. Təqdim olunan qovluqda deyilir: “Gülən Türkiyə Respublikasının vətəndaşıdır və o hələ də 1857 Mount Eaton Rd. 18353, Pensilvaniya, ABŞ ünvanında yaşamaqdadır. Bu şəxs ölkəmizdə işlənən bir çox cinayətlə bərabər, 15 iyul qanlı çevriliş təşəbbüsü təlimatını verən adam kimi axtarılmaqdadır. Sazişin 15-ci maddəsinə uyğun olaraq Gülənin iqamətgahında və iş yerlərində axtarış aparılaraq, çevriliş təşəbbüsü ilə bağlı dəlillərə əl qoyulmasını tələb edirik.”
ABŞ rəsmi orqanlarına təqdim olunan dosyedə FETÖ-nun və Gülənin 15 iyul çevriliş təşəbbüsü bağlantısını göstərən dəlillər da yer alır.
azadliq.info
Oxunub: 164