Rusiyanın qızıl və valyuta ehtiyatı bir həftədə 2,3 milyard dollar azalıb.
“Marja” Rusiya Mərkəzi Bankına istinadən xəbər verir ki, əvvəlki həftə 401,1 milyard dollar olan ehtiyatlar 398,8 milyard dollara düşüb.
Qızıl və valyuta ehtiyatı 2016-ci ilin sonunda 379,1 milyard dollar səviyyəsində idi.
Rusiyanın Aprelin sonunda 401,0 milyard dollar olan ehtiyatının 322,7 milyard dolları xarici valyutadan, 68,65 milyard dolları qızıldan, 6,62 milyard dolları SDR, 3,06 milyard dolları İMF mövqeyindən ibarət idi.
Bankın qızıl və valyuta ehtiyatı 2008-ci ilin Avqust ayında 598,1 milyard dollar ilə tarixi zirvəsini görmüşdü.
Bankın qızıl və valyuta ehtiyatı 1999-cu ilin Aprel ayında 10,8 milyard dollar ilə dib səviyyəsini görmüşdü..
Rusiya ehtiyat baxımından Dünyada 6-cı yerdədir.
Oxunub: 228