017-ci ilin Yanvar-Aprel aylarında xaricdən Azərbaycana 21 milyon 177 min dollar dəyərində 15 min tona yaxın ət idxal olunub.
“Marja” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2016-cı ilin anoloji dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur.
2016-cı ilin ilk 4 ayı ərzində Azərbaycana 8 milyon 226 min dollar dəyərində 6675 ton ət idxal olunmuşdu.
Ət idxalı 2017-ci ilin ilk 4 ayının ümumi idxalının təxminən 1%-ni təşkil edib.
Qeyd edək ki, bu ilin əvvəlində Azərbaycanda ət bahalaşıb. Səbəb kimi, heyvan azlığı göstərilirdi.
Oxunub: 324