Türkiyənin Milli Müdafiə naziri Fikri İşıq ölkənin ilk iri çaplı raketi “Bora”nın Sinopda uğurla sınaqdan keçirildiyini bildirib.
Nazir yerli silahların nümayiş etdirildiyi “IDEF 2017” sərgisində jurnalistlərin suallarını cavablandıraraq deyib:
“Sinopda 280 km. mənzilli “Bora” raketimiz sınaqdan keçirildi. Qaradənizdə uğurla həyata keçirilən bu sınaqla Türkiyə artıq öz raketini yaratmış oldu. Bununla qürur duyuruq”.
“Roketsan” tərəfindən hazırlanan “Bora” 610 mm. çaplı, ağırlığı 2500 kq və döyüş başlığı 450 kq olan mərmidir. Onun mobil nisbəti 50 metrdir.
azadliq.info
Oxunub: 374