ABŞ prezidenti Donald Trampın Rusiyanın Xarici işlər naziri Sergey Lavrov və Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak ilə birgə fotosuna BBC- Vaşinqtonun müxbiri Antoni Zurçer “yaxşı bir fotoşəkil olmadı” deyə şərh verib.
Yazıda deyilir ki, ABŞ prezidenti Donald Tramp FTB-nin direktoru Ceyms Komeyi vəzifədən uzaqlaşdırma qərarı ilə “Rusiya istintaqının üzərini örtməyə çalışdığı” iddialarını təkzib etmək üçün fərqli kanallar vasitəsilə açıqlamalar verib. Ağ Evdə keçmiş Xarici işlər naziri Henri Kissinger ilə kameralar qarşısına çıxarkən “FTB rəhbərini hansı səbəbdən qovdunuz” sualına “çünki işini yaxşı icra edə bilmirdi” deyib.
Tramp rəhbərliyi Komeyin vəzifədən alınmasının Hillari Klintonun e-poçtları ilə əlaqədar məsələyə bağlı olduğunu israrla bildirir.
Ancaq Amerika mediası Komeyin yaxın zamanda Ədliyyə Nazirliyindən Rusiya-Tramp istintaqı üçün daha çox qaynaq tələb etdiyini yazır.
Ədliyyə Nazirliyindən verilən şərhdə isə bu xəbərlərin doğru olmadığı ifadə edilir.
Baş verənlərə analiz edən BBC- Vaşinqtonun müxbiri Anthoni Zurçer deyir ki, əgər Donald Trampın məqsədi öz yaşadıqları ilə Riçard Niksonun (37-ci ABŞ prezidenti) istefası ilə sonlanan qalmaqala bənzərinin qarşısını almaqdırsa, rəhbərliyi dövründə Niksona ən yaxın şəxs olan Henri Kissinger ilə Dəyirmi Ofisdə görüşmək yaxşı bir mənzərə olmadı. Zurçer yazır ki, Ceyms Komeyin “Trampın yaxınındakı adlarla Moskva səfirliyi əlaqələrini araşdırmağa başladığı üçün qovulduğu” ittihamlarının dilə gətirildiyi günün sabahı rus səfiri Sergey Kislyakın Ağ Evdə qəbulu yaxşı bir mənzərə deyildi. O görüşə bağlı tək fotoşəkil isə ABŞ mediası otağa alınmamışdan bir rus dövlət fotoqrafı tərəfindən çəkilib. Seçki kampaniyası dövründə Tramp zarafatla “silahla birini vursam, dəstəkçiləri yanımda olmağa davam edər” prinsipini dilə gətirmişdi. Fırtınaya dönən Rusiya müzakirəsinin tam ortasında rus səfiri ilə gülərək fotoşəkil çəkdirmək Tramp üçün buna yaxın bir imtahan olacaq.
azadliq.info
Oxunub: 328