Xətai rayonu, Gəncə prospektində böyük bir yaşıllıq zolağı məhv edilir. Görünür, prezidentin göstərişləri, sərəncamları bütün yaşıllıqların qorunması üçün nəzərdə tutulmur. Ölkə başçısı şəhərin bir yerində 3 ağacın kəsilməsinə görə dərhal reaksiya verir, ağacları kəsənlər, tikintini işi aparanlar cəzalandırılır, amma şəhərin digər yerində yüzlərlə ağacın kəsilməsindən prezidentin xəbəri olmur, buna görə heç kim məsuliyyət daşımır.
Xətai rayonu, Gəncə prospektində yaşayan sakinlər də ikili münasibətdən gileylidirlər. Onlar artıq “prezidentin xəbəri yoxdur” yanaşmasını da nağıl hesab edir. Çünki dəfələrlə mətbuatda işıqlanan, həftələrdir sosial şəbəkələrdə fırlalan problemlərindən prezidentin xəbərsiz olmasını mümkünsüz sayırlar.
Prezidentin məhv edilmiş ağacları qaytarmaq şansı olmasa da, həmin ərazidə insanların istirahəti üçün park salınması imkanları hələ də qalır. Sakinlərin də hazırda əsas istəyi budur.
Saytımız vasitəsilə prezidentə bir xəbər də biz göndəririk. Yaşıllıqlar məhv edilməsin, “Prezidentin xəbəri yoxdur” deyənlər rahat olsun deyə.
azadliq.info
Oxunub: 202