Bakıda ödəmə terminalından oğurluq edilib.
Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə mayın 5-də rayon ərazisindəki apteklərdən birindən 20 manat pul, habelə orada quraşdırılan “Milli Ön” ödəmə terminalından 1000 manat pul oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Rəşad Süleymanov tutulub. Cinayətdə iştirak etmiş daha 1 nəfər isə müəyyən edilib.
Araşdırma aparılır.
Oxunub: 74