Bu il Azərbaycanda iqtisadi geriləmə 1,4% olacaq. Bu barədə Dünya Bankının (DB) bu gün açıqladığı Avropa və Mərkəzi Asiya regionu üzrə “Keçid dövründə ticarət” adlı hesabatında qeyd olunub.
Bankın proqnozlarına əsasən, 2018-ci ildə Azərbaycan iqtisadiyyatı 0,6% artacaq.
Qeyd edək ki, DB bundan öncə 2017-ci ildə Azərbaycanda 1,2%-lik geriləmə, 2018-ci ildə isə 2,3%-lik iqtisadi artım proqnozlaşdırılıb.
Bank hesab edir ki, 2017-ci ildə Azərbaycanda illik inflyasiya 7,8%, növbəti il isə 4,2% təşkil edəcək. Bundan öncə DB 2017-ci ildə ölkədə inflyasiyanın 5% təşkil edəcəyini proqnozlaşdırıb.
Oxunub: 294