Litva Dövlət Sərhəd Xidmətinin əməkdaşları Rusiyanın dörd hərbçisini Kalininqrad-Moskva qatarından məcburi endiriblər.
İnsident Kibartay sərhəd məntəqəsində baş verib.
Sərhəd xidmətinin əməkdaşları qatarda yoxlama apararkən məlum olub ki, kupelərin birində mülki geyimdə olan dörd rus hərbçi var. Lakin onlar hərbçi olduqlarını gizlədiblər.
Qaydaya görə, 4 və ondan artıq hərbçi tranzitlə gedirsə, onlar hərbi birləşmə kimi qeydiyyata düşməlidilər. Və bunun üçün rəsmi icazələri olmalıdır. Rus hərbçilərdə isə belə bir icazə olmayıb.
Hərbçilərə dövlət sərhədini keçməyə icazə verilməyib və onlar başqa qatarla Kalininqrada geri göndərilib.
Gültəkin
Oxunub: 472