Mayın 29- da Tbilisidən ogurlanaraq işgəncə altında gizli yollarla Bakıya gətirilən və absurd ittihamlarla həbs edilən jurnalist Efqan Muxtarli beynəlxalq təşkilatlardan gizlədilir. Bu barədə Facebook səhifəsində Siyasi Məhbusların Müdafiə Mərkəzinin koordinatoru Oqtay Gülalıyev məlumat yayıb.
“Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin onunla görüşünə imkan verilməyib. Bakı İstintaq Təcridxanasından bildirilib ki, o burda deyil. Əslində Təcridxana rəhbərliyi BQXK nümayəndələrinə yalan deyiblər, Əfqan Muxtarlı adı çəkilən həbs yerində saxlanılır.
Çox maraqlıdır ki, məhbusların taleyinə cavabdeh olan və həmişə şəffaflıqdan, sivil idarəetmədən, qanunçuluqdan dəm vuran Penitensiar Xidmət Əfqan bəyin hansı Təcridxanada saxlanmasını konfidensial sayaraq (!?) bunu dustağın razılığı olmadan açıqlanmasını mümkünsüz hesab edib (!?).
BQXK əməkdaşlarının Ə. Muxtarlı ilə görüşünə imkan verilməməsi, onun üzündə və bədənində olan işgəncə hallarının gizlədilməsinə, cinayətin ört- basdır edilməsinə xidmət edir. Biz fürsətdən istifadə edib başda Qırmızı Xaç Komitəsi olmaqla həbs yerlərinə girmək mandatı olan bütün beynəlxalq və yerli təşkilatları Əfqan bəyi ziyarət etməyə, jurnalistin sağlıq durumu ilə maraqlanmağa, onun müalicəsinə dəstək olmağa çağırırıq. Biz onun taleyindən çox narahatıq!”
Oxunub: 428