Gürcüstan prezidenti Georgi Marqvelaşvili hesab edir ki, jurnalist Əfqan Muxtarlının itməsi məsələsinə görə ölkənin beynəlxalq imici zərər çəkir.
Muxtarlının ailəsi və vəkilləri iddia edirlər ki, bir iləyaxın müddətdə Gürcüstanda yaşayan jurnalisti mayın 29-da Tbilisidə oğurlayıb, cibinə pul atıb Azərbaycana gətiriblər.
“Bir neçə gün əvvəl Tbilisidə adam itib və Bakıda peyda olub. Bütün ictimaiyyət belə hadisənin necə baş verə biləcəyi barədə düşünür. Bu, uşağa sehr göstərmək kimidir”,- deyə prezident bildirib.
“Bu gün ölkəmizin imici ciddi zərbə altındadır. Mən və yüksək vəzifədə olan digər məmurlar böhranlı menecment rejimindəyik. Azərbaycanlı jurnalistə görə Gürcstanın ünvanına həm ölkə daxili, həm də xaricdən səslənən ittihamlara adekvat cavab verilməlidir”, – Marqvelaşvili qeyd edib.
Fizzə
Oxunub: 676