İlham Şaban: “Ekoloji-texnoloji fəsadların aradan qaldırılması üçün yetərli işçi qüvvəsi və maliyyə vəsaiti lazımdır”
Dövlət Neft Şirkətinin geologiya və geofizika üzrə vitse-prezidenti Bəhram Hüseynov Abşeron yarımadasının şimal, Bakı arxipelaqının cənub-qərb hissəsində yataqların axtarışında potensial olduğunu deyib. SOCAR rəsmisi deyib ki, həm şimal, həm də cənub tərəfdə, dayaz sularda, keçid zonasında neft yataqlarının açılması mümkündür.
Neft sahəsi üzrə mütəxəssis İlham Şaban öncə xatırladır ki, BP 1997-ci ildən indiyədək dənizdən 3 milyard barelədək neft çıxarıb. Xəzərdə 9 platforması olan şirkət bu həddə neftlə bərabər, 210 milyard kubmetr qaz hasil edib. Bu prosesin ənənəvi olaraq davam etdiyini deyən ekspert, problemin quyuların açılmasında deyil, sovetdən qalma ekoloji və texnoloji fəsadlarda olduğunu söyləyir:
“O vaxt buruqlar 10-20 metrdən bir idi və oradan çıxarılan neftin fəsadları da böyük idi. Hazırda bu sahəyə diqqət yönəldilməlidir. Ekoloji və texnoloji problemləmlərin, fəsadların aradan qaldırılması üçün də yetərli işçi qüvvəsi və maliyyə vəsaiti lazımdır. Abşeron ərazisində xeyli sayda neft gölməçələri var. Geoloqlar həmin əraziləri tədqiq etməli və ekoloji baxımdan çirkliliyin səviyyəsini ölçməlidirlər. Dənizin üzərində olan neft qalıqlarını qığan gəmilər əvvəl çox idi. İndi maliyyə çatışmazlığı ucbatından bircə gəmi qalıb. Ona görə də bulvar ərazisində dəniz suyu çirklidir. Bu da turizm mövsümündə estetik baxımdan yaxşı görünmür. Bu, eyni zamanda, ekoloji baxımdan da müsbət hal deyil. Neft quyularının qazılmasının bölgəyə təsiri olmasa da, illər öncə qalan fəsadları həll etmək lazımdır. Bu isə böyük maliyyə tələb edir”.
Nigar
Oxunub: 230