Gürcüstan müxalifəti daxili işlər naziri Georgi Mqebrişvili və Döclət Təhlükəsizliyi xidmətinin rəhbəri Vaxtanq Qomelaurini parlamentə çağırır. Onlardan jurnalist Əfqan Muxtarlının oğurlanması faktı ilə bağlı yaranan suallara cavab istəniləcək.
Bu barədə iyunun 2-dəkeçirdiyi brifinqdə “Avropa Gürcüstanı – azadlıq uğrunda hərəkət” fraksiyasının nümayəndəsi Otar Kaxidze deyib.
O bildirib ki, bu hərəkətlərə reaksiya verilməli və əməliyyatda iştirak edən adamlar qanunvericilik qarşısında cavab verməlidir.
Kaxidzenin sözlərinə görə, Əfqan Muxtarlının oğurlanmasında Gürcüstanın kriminal polisinin 3 əməkdaşı iştirak edib. Həmçinin DTX və DİN-in yüksək rütbəli məmurları iştirak edib.
Fizzə
Oxunub: 772