Gürcüstanın hökumət strukturunun bu insidentdə iştirakı tamamilə istisnadır, – bu barədə Gürcüstanın baş naziri Georgi Kvirikaşvili jurnalist Əfqan Muxtarlının işini şərh edərkən bildirib.
“Bilindiyi kimi, DİN bu çox kədərli insidenti araşdırır. Böyük səylər nəticəsində nail olduğumuz demokratik standartlar və inkişafı qorumaq bizim ölkəmiz üçün çox vacibdir. Söhbət gedən insan həbs olunub. Gözləyək görək, istintaqın nəticəsi nə olur. Bircə onu deyə bilərəm ki, Gürcüstanın hökumət strukturunun bu insidentdə iştirakı tamamilə istisnadır”, – baş nazir deyib.
İlkin
Oxunub: 274