Bu gün səhər Bəhreyn Qətəri onun daxili işlərinə qarışmaqda ittiham edərək diplomatik əlaqələri kəsdiyini bildirib. Bəyanatda bu gündən başlayaraq Bəhreynlə Qətər arasında nəqliyyat, quru, hava əlaqələri dayandırıldığı bildirilir. Bundan başqa, Qətər diplomatlarından 24 saat, Qətər vətəndaşlarında isə 14 gün ərzində ölkəni tərk etmək tələb olunur.
Bəhreyndən sonra analoji addımı Səudiyyə Ərəbistanı da atıb. Daha sonra ərəb dünyasının ən böyük dövləti Qətərə qarşı eyni qərarı verdiyini bildirib. Misir Qətəri terrorçu qruplaşmaları dəstəkləməkdə ittiham edib.
Birləşmiş Ərəb Əmirlikləri də Qətərə qarşı terrorçu qrupları dəstəkləmək və maliyyələşdirmə ittihamı irəli sürərək əlaqələri kəsdiyini bildirib. BƏƏ Qətərli diplomatlar qarşısında 48 saat ərzində ölkəni tərk etmək tələbi qoyub.
Həmçinin Yəmən, Liviya və Maldiv də Qətərlə diplomatik əlaqələri kəsib.
Əl-Ərəbiyyə telekanalı Qətərin İŞİD-ə və Əl-Qaidəyə dəstək verməkdə ittiham edildiyini bildirib.
Qətər diplomatik əlaqələrin kəsilməsi üçün heç bir əsasın olmadığını bildirib. Bu kampaniyaya Səudiyyə Ərəbistanının başçılıq etdiyi vurğulanıb. Bunu Qətərin xarici işlər naziri deyib.
azadliq.info
Oxunub: 786