“Biz hökumətlə yaxın əlaqədəyik, onlar bu məsələnin ciddiliyini anlayır”. Bunu ABŞ-ın Gürcüstandakı səfiti Yan Kelli jurnalist Əfqan Muxtarlının məsələsini şərh edərkən deyib.
Səfir qeyd edib ki, sabah səfirlikdə KİV nümayəndələri ilə görüşəcək.
“Yəgin hamınız Dövlət Departamentinin bəyanatını görmüsünüz. Departament Azərbaycanı jurnalisti azad etməyə çağırıb. Gürcüstan hökumətin bu işin bütün tərəflərini ətraflı araşdırmağa çağırırıq. Hökumət məsələnin ciddiliyini anlayır. Həmçinin vətəndaş cəmiyyətinin tələblərini almışıq və sabah jurnalistlərlə görüşüb onların fikrini öyrənəcəyik”, – deyə səfər qeyd edib.
Fizzə
Oxunub: 262