İsrail baş naziri Benyamin Netanyahu ilə Toqo prezidenti For Qnassinqbenin görüşü önсəsi insident yaşanıb.
İnsidentə prezidentlə baş nazirin mühafizəçilərinin arasında yaranan mübahisə səbəb olub.
Qnassinqbe görüşün keçirildiyi otelə çoxsaylı mühafizəçinin müşayiəti ilə gəlib. Netanyahunun mühafizəçiləri isə onların sayının protokolda nəzərdə tutulduğundan çox olduğunu bildirərək gələnlərin bir qismini içəri buraxmaqdan imtina ediblər.
Nəticədə tərəflər arasında mübahisə başlayıb və görüş təxirə salınıb. Gərginlik aradan qalxandan sonra görüş baş tutub.
Şahidlərin dediyinə görə, mübahisə zamanı mühafizəçilər bir-birlərinə qarşı kobud davranıblar.
Gültəkin
Oxunub: 642