AXCP sədrinin müavini, “Azadlıq” qəzetinin siyasət şöbəsinin müdiri Seymur Həzi son günlərin səs-küylü həbslərilə bağlı fikirlərini bölüşüb. Vəkili Şəhla Hümbətova vasitəsilə yaydığı açıqlamada Seymur Həzi bildirir ki, bu həbslər hakimiyyətin mübarizə adamlarını susdurmaq cəhdinin əbəs olmasının sübutudur.
“Gözəl Bayramlı və Əfqan Muxtarlının həbsi hakimiyyətin son dərəcə əlacsız və aqressiv aqoniyasıdır. Nə AXCP-ni, nə də Gözəl Bayramlını bu məsələ ilə sarsıtmaq mümkün deyil. Əfqan isə bir veteran döyüşçü kimi ön cəbhədədir. Ən önəmli olan budur ki, səngərimiz boş deyil. Hakimiyyət hələ də həbsləri davam etdirirsə, deməli, mübarizə öz təsirini göstərir”, – deyə Seymur Həzi bildirib.
azadliq.info
Oxunub: 1190