Gürcüstanın daxili işlər naziri Georgi Mqebrişvili birinci müavini Besik Amiranaşvilini işdən azad edib.
Amiranaşvili 2016-cı ilin yanvar ayından nazirin birinci müavini vəzifəsini tuturdu. O, patrul polisi və mərkəzi kriminal polisinin departamentini kurasiya edirdi. Amiranaşvilinin işdən azad edildiyini nazir patrul polisi departamentinin əməkdaları ilə keçirdiyi müşavirədə deyib.
Nazir bildirib ki, bundan sonra işdən çıxardığı birinci müavinin də vəzifələrini özü icra edəcək: “Bugündən etibarən kriminal polisə mən nəzarət edəcəm, buna həmçinin Tbilisi və regionlar üzrə departamentlər də aiddir. Həmçinin Mərkəzi Kriminal Polis Departamenti və Patrul Polis Departamenti də mənim nəzarətimə keçir”.
Xatırladaq ki, Əfqan Muxtarlı onu oğurlayanların kriminal polis geyimində olduğunu demişdi.
Fizzə
Oxunub: 992