ABŞ prezidenti ukraynalı həmkarı ilə görüşməkdən şərəf duyduğunu dedi
ABŞ prezidenti Donald Tramp Ağ Evdə Ukrayna prezidenti Poroşenkonu qəbul edib.
Görüşdə Ukraynanın şərqindəki münaqişə və ölkədəki islahatlar geniş müzakirə olunub. Görüşlə bağlı Ağ Evdən verilən yazılı açıqlamada iki liderin Ukraynadakı separatçılarla yaşanan münaqişənin sülh yolu ilə həll olunması, ölkədəki korrupsiya ilə mübarizə və qarşılıqlı işbirliyinin davam etdirilməsinin vacibliiyinin qərara alındığı xüsusi vurğulanıb.
Poroşenko ilə görüşünün çox məhsuldar olduğunu deyən Tramp iki ölkə arasındakı münasibətlərin daha geniş və dərindən müzakirə edildiyini açıqlayıb və bir çox sahələrdə əməkdaşlıqlarının daha uzağa gedəcəyinin mesajını verib.
Tramp Ukrayna prezidenti ilə görüşməyi özünə böyük şərəf saydığını bildirib.
Poroşenko isə qısa açıqlamasında demokratiya və azadlıq üçün mücadilə etdiklərini deyərək, ABŞ kimi dəyərli bir müttəfiqlərinin olmasından məmnunluq duyduğunu vurğulayıb.
azadliq.info
Oxunub: 718